Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən səkkiz nəfər xilas olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Görədil”, “Astara”, “Qızılqum” sularda xilasetmə məntəqəsinin ərazisində, “Şirvan”, “Şüvəlan” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) və Buzovna ictimai çimərliyinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən səkkiz nəfər xilas olunub.
www.102info.az