Baku TV paytaxtın Şüvəlan qəsəbəsindən reportaj hazırlayıb.
Reportajda qəsəbə sakinləri – Dilarə, Səmayə və Şəfiqə nənə qədim adət-ənənələrdən, ailə münasibətlərindən danışıblar.
Zəmanədən şikayətlənən nənələr bu dövrə öyrəşməyə çətinlik çəkdiklərini deyirlər:
“Bir söz deyən kimi sizin zəmanəniz gedib, bu zəmanə ilə ayaqlaşın deyirlər. Ancaq bugünkü abırsızlıqla ayaqlaşa bilmirik”.
Verilişdə indiki gənc qızların xarici görünüşündən də bəhs olunub:
“Bizim dövrdə qızın qaşı alınmayıbsa, bu o demək idi ki, ailə qurmayıb. İndi qızların çoxunun qaşı alınıb, saçları rənglənib, dırnaqları da qoyulub”.
Daha ətraflı süjetdə:
www.102info.az