FHN rəsmisi: “Qaraqoyunlu kəndində 30-a yaxın evə ziyan dəyib”

Cəmiyyət


“Qaraqoyunlu kəndində 30-a yaxın evə ziyan dəyib”.

“Report” xəbər verir ki, bu sözləri media nümayəndələrinə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev bildirib.

Onun sözlərinə görə, Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində yaranan güclü su axını kənd sakinlərinin təsərrüfatlarına ziyan vurub:

“Hadisə yerinə ağır texnikalar cəlb edilib. Tədbirlər nəticəsində suyun qarşısı alınıb. Qaraqoyunlu kəndində 160 təsərrüfat var. Haradasa 30-a yaxın ev subasmaya məruz qalmışdı. Çox şükürlər olsun ki, insanlar zərər çəkməyib. Subasmaya məruz qalan ərazidə xilasetmə işləri davam edir.

Hadisə baş verəndən dərhal sonra, suyun səviyyəsinin artacağı ehtimalı olduğu üçün əhaliyə öncədən xəbərdarlıq edilərək onların subasma ərazisindən çıxması təmin edilib. Ərazidə qalan iki avtomobil isə su altından çıxarılıb. Sabah kənddə suyun vurduğu ziyanın araşdırılması aparılacaq”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir