Ağsuda göldə boğularaq vəfat edən hərbçi dəfn olunub.
Rayonun Navahı kənd sakini, 20 yaşlı Qəmbər Niyaməddin oğlu Əliyev Cavanşir gölündə çimərkən batıb.
Q.Əliyev rayonun Ərəbuşağı kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Q.Əliyev müddətdən artıq həqiqi hərbi xidmət etmək üçün kurs keçirmiş. Hadisə baş verən vaxt o, məzuniyyətdə olub. Q.Əliyev ailənin ortancıl övladı, iki bacının bir qardaşı olub.
Daha ətraflı Baku TV-nin süjetində:
www.102info.az