Şabranda zəncirvari qəza baş verdi: Xəsarət alanlar var

Cəmiyyət


Bu gün Şabran rayonunda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, rayonun Sincanboyad kəndində üç avtomobil toqquşub.

Belə ki, zəncirvari qəzada iki nəfər – 1988-ci il təvəllüdlü Zöhrab Nuralı oğlu Hüseynov və 2008-ci il təvəllüdlü Oruc Səxavət oğlu Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında da Şabran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir