Bakı sakini avtoyuma məntəqəsindən nəqliyyat vasitəsini qaçıraraq qəza törədib

Cəmiyyət


Bakıda avtoyuma məntəqəsindən nəqliyyat vasitəsini qaçıraraq qəza törədən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, avqustun 2-də saat 21 radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin paytaxt sakini Niyazi Çatdayev tərəfindən qaçırılması və idarə edilərkən Cavanşir küçəsində KIA markalı avtomobillə toqquşması müəyyən olunub.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən N.Çatdayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir