Bir sıra sığorta növləri var. Onlardan biri də parkinq sığortasıdır. Bu xidmət avtomobil sahiblərini kiçik məbləğ ödəməklə avtomobillərini parkinq halında dəyəcək zərərdən sığortalayır.
Mövzu ilə bağlı Bizim.media-ya danışan sığorta üzrə ekspert Vüsal Bədəlov bildirib ki, hazırda sığorta şirkətləri parkinq sığortası adı ilə belə bir xidmət də satırlar:
“Bu sığortanın məbləği iki tərəf arasında qarşılıqlı razılaşma ilə müəyyən edilir. Avtomobilin dəyərindən asılı olaraq parkinq sığorta haqqı 1 illik 100 manatdan başlayır.
Həmin sığorta haqqına uyğun olaraq gələcəkdə sığorta haqqı verilir. Bu o deməkdir ki, avtomobil parkinq zamanı şüşələr sındırılaraq oğurluq olunarsa və ya kənardan atılan hansısa cisim zərər vurarsa, bunu sığorta qarşılayacaq”.
www.102info.az