Ağdam rayonunun Xındırıstan kəndindəki “Al” marketdə, Şirvan şəhərinin 1 May küçəsində yerləşən avtotəmir sexində və Sabirabad rayonunun Ulacalı kəndindəki fərdi yaşayış evində formalaşan tullantıların qalaqlanması və ya yandırılması faktları müəyyən edilib.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, faktlarla bağlı “Al” marketin təmsilçisi İbrahim Niyazov, avtotəmir sexinin nümayəndəsi Famil Muradov və Sabirabad rayon sakini Məmmədağa Məmmədov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
www.102info.az