İradə Hüseynova: “Şuşadakı su nümunələri analiz olunub, içməyə yararlı olduğu qənaətinə gəlinib”

Cəmiyyət


“Şuşada torpaqlarda aparılan tədqiqatlar göstərdi ki, çirklənmə nəticəsində müəyyən dəyişikliklər var”.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova deyib. O bildirib ki, Topxana meşəsi və ətrafına baxış keçirilib, müəyyən monitorinqlər aparılıb:

“Şuşa ərazisində ilkin monitorinqlərdən biri də radioloji və mikrobioloji istiqamətdə olub.

Şuşadan götürülən torpaq, su nümunələri analiz olundu və orada olan içməli suyun kifayət qədər yararlı olduğu qənaətinə gəlindi”.

İradə Hüseynova qeyd edib ki, Qarabağın dərman bitkilərini özündə əks etdirən materiallar toplusundan ibarət kitabın çap prosesi başa çatmaq üzrədir:

“Kitabda 121 dərman bitkisi, onların xüsusiyyətləri və istifadə yolları öz əksini tapıb”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir