Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun adını daşıyan park (bağ) uçub-dağılsa, heç kimin xəbəri olmayacaq.
Oxu.Az xəbər verir ki, ədəbiyyatşünas, tənqidçi Səməd Vurğunun abidəsinin yerləşdiyi parkda işıq dirəkləri sınıb. Təxminən 10 gündən çoxdur eyni vəziyyətdə olan parka baxan və bu böyüklükdə işıq dirəyinin qırıldığını görən yoxdur.
Vətəndaşlar deyirlər ki, parkda təmizliyə nəzarət edən əməkdaşlara məlumat verilsə də, heç bir nəticə yoxdur. Ya onlar vətəndaşların müraciətini aidiyyəti üzrə rəhbər şəxslərə çatdırmayıblar, ya da rəhbər şəxslər bu “kiçik” problemə vaxt ayırmaq istəməyiblər.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsindən Oxu.Az-a bildirilib ki, sözügedən işıq dirəyi bir müddət əvvəl əsən güclü külək zamanı ağac aşması nəticəsində zədələnərək sıradan çıxıb:
“Dirəyin sıradan çıxmış hissəsi artıq sifariş olunub və hazırlandıqdan sonra bərpa ediləcək”.
Həmin görüntüləri təqdim edirik:


Könül Cəfərli
www.102info.az