Bu gün Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində yanğın baş verib. Yanğın 500 kvadratmetr ərazini əhatə edib.
“Report” hadisə yerindən fotoreportajı təqdim edir.
Qeyd edək ki, bu gün 14:40 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Dərhal hadisə yerinə FHN-in yeddi yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb olunub.
Havanın küləkli olmasına baxmayaraq, yanğın qısa müddətdə tam söndürülüb.







www.102info.az