Azərbaycanda bir qrupun səkkiz məzunu dünyanın ən nüfuzlu universitetlərinə qəbul olub.
Oxu.Az-ın məlumatına görə, İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsinin Maliyyə ixtisasının səkkiz tələbəsi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-26-cı illər üçün Dövlət Proqramı”na 2023-24-cü tədris ilinə dair sənəd qəbulu üzrə dünyanın müxtəlif universitetlərinə qəbul alıblar.
Elnur Babayev – Manchester University (İngiltərə) – Finance
Fərman Bəşirli – Aalto University (Finlandiya) – Economics
Murad Mehdiyev – Aalto University (Finlandiya) – Economics
Çingiz Vəliyev – Edinburgh University (Şotlandiya) – Finance
Ayaz Seyidov – Manchester University (İngiltərə) – Finance
Həsən Axundov – Manchester University (İngiltərə) – Finance
Vüqar Əhmədov – Eberhard Karl University of Tübingen (Almaniya) – Economics and Finance
Kənan Mahmudlu – Zhongnan university of economics and law (Çin) – Finance
Qeyd edək ki, qrupun altı nəfəri Zaur Zərbiyev, Cəmil Nifdullayev, Nihad Səmədov, Cavid İbrahimli, Fərid Kərimli və Bəhruz Niftiyev Azərbaycanda fəaliyyət göstərən universitetlərdə magistratura təhsili alacaqlar.
Xatırladaq ki, Elnur Babayev (665,7 bal), Murad Mehdiyev (676,1 bal), Kənan Mahmudlu (674,3 bal) və Fərman Bəşirli (669,4 bal) 2019-cu ildə yüksək bal toplayaraq, Prezident təqaüdçüləri olublar.

www.102info.az