Bakıda lotereya oğurlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 25-də Bakı şəhər sakini A.Şahmurovun 560 manat dəyərində lotereyasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüsal Abbasov müəyyən olunaraq saxlanılıb.
www.102info.az