11 yaşlı Əlinin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Elnarə Dadaşlı məlumat verib.
O bildirib ki, övladı anadangəlmə serebral iflicdən əziyyət çəkir.
“Əli anadangəlmə serebral iflicdən əziyyət çəkir. Səkkiz yaşı olanda əməliyyat edilsə də, indi yenidən əməliyyat olunmalıdır”.
Elnarə Dadaşlı övladının əməliyyatı üçün 5 000 manata ehtiyacları olduğunu deyib.
“Əli ayaqlarından təcili əməliyyat olunmalıdır. Müalicələrini birtəhər edə bilsək də, bu əməliyyatı qarşılamaq üçün bizim imkanımız yoxdur. Əməliyyat üçün lazım olan 5 000 manatın 3 000 manatını toplasaq da, 2 000 manatımız hələ də çatmır. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm. Mən Əlinin yaşıdları kimi oynamağını, gəzməyini istəyirəm”.
Ailə ilə əlaqə: (055) 469-62-38
Kart nömrəsi: 5169 3544 1514 0562
www.102info.az