Ötən gün Qazax rayonunda intihar edən qadınla bağlı bəzi məlumatlar bəlli olub.
Oxu.Az-ın məlumatına görə, 2001-ci il təvəllüdlü Aytən Mehdiyevanın 20 gün əvvəl toyu olubmuş.
A.Mehdiyevanın məcburi şəkildə ərə verildiyi üçün bu addımı atdığı bildirilir.
Qeyd edək ki, 22 yaşlı qadın ötən gün rayonun Aşağı Salahlı kəndində yaşadığı evdə özünü asıb.
Onun meyiti ailə üzvləri tərəfindən asılmış vəziyyətdə tapılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az