İsmayıllı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon sakini Nizami Behbudov idarə etdiyi VAZ 21099 markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, 2009-cu il təvəllüdlü Cəfər Elsevər oğlu Bağırlını vurub.
Ağır bədən xəsarətləri alan 14 yaşlı yeniyetmə təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qeyd edək ki, Cəfər Bağırlı orta məktəbin səkkizinci sinif şagirdidir. Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
www.102info.az