Baku TV təqribən iki il əvvəl Mingeçəvir şəhərində çətin şəraitli, həşəratlarla dolu taxta binalarda yaşamaq məcburiyyətində qalan sakinlərin vəziyyətini işıqlandırmışdı.
Sakinlərin şikayəti ictimailəşdirildikdən bir müddət sonra həmin binada yaşayanlar üçün Mingəçevir şəhəri, Gəncə şossesi adlanan ərazidə müasirtipli beşmərtəbəli binanın inşasına başlanılıb.
Ancaq xeyli müddət keçsə də, 75 il əvvəl tikilmiş taxta binaların sakinləri hələ də yeni mənzillərinə qovuşa bilməyiblər.
Bina sakini Gülpəri Quliyeva deyir ki, mənzillərin mart ayında təhvil veriləcəyini vəd etsələr də, buna əməl olunmayıb: “İndi də yayılan söz-söhbətə görə, daha bu yeni bina sakinlərə verilməyəcək”.
Daha ətraflı Baku TV-nin süjetində:
www.102info.az