Bakıda hamilə qadını avtomobil vurub, bətnindəki uşaq ölüb

Cəmiyyət


Bakının Xətai rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

1991-ci il təvəllüdlü Güllü Mehdiyeva yolu keçərkən onu “Toyota Prius” markalı avtomobil vurub.

Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Əməliyyat zamanı qadının bətnindəki uşağın öldüyü aşkarlanıb.

G.Mehdiyevanın vəziyyəti ağırdır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir