Ağdamda talvarlar yanıb, 3 nəfər tüstüdən zəhərlənib

Cəmiyyət


Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində ümumi sahəsi 16 m² olan talvarın yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları və ərazidə yığılan 78 ton ot bağlamasının 41 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib, 1 nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.102info.az

Spread the love