Sumqayıt-Bakı dəmiryol stansiyasında turniketlər işləmir.
Oxu.Az xəbər verir ki, bu səbəbdən onlarla insan platformaya keçə bilmir.
Dəmiryol əməkdaşının bildirdiyinə görə, turniketlər texniki səbəbdən sərnişinlərin kartlarını oxuya bilmir.
Bu səbəbdən 07:35 qatarına çatmağa çalışan sərnişinlər uzun müddət gözləmək məcburiyyətində qalıblar.


Könül Cəfərli
www.102info.az