Hacıqabulda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəzada Salyan rayon sakinləri, 1984-cü il təvəllüdlü Əsmər Sərdar qızı Quliyeva, 2007-ci il təvəllüdlü İbadət Elşən oğlu Quliyev, 2019-cu il təvəllüdlü Uğur Elşən oğlu Quliyev və 2008-ci il təvəllüdlü Aytəkin Saleh qızı Hacıbalıyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az