Bakıda növbəti dəfə Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkasının təşkil edilməsinə hazırlıq görülür.
Yarmarkanın təşkilatçısı ötən il olduğu kimi bu il də Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətidir.
Yarmarkanın sentyabr-oktyabr aylarında paytaxtın Nərimanov rayonunda, Fətəli xan Xoyski 5 ünvanında keçirilməsi planlaşdırılır.
Yarmarka 20 gün davam edəcək və burada 250 arıçı iştirak edəcək. Arıçılar piştaxta, oturacaq və ölçmə vasitələri, şəxsi gigiyenik vasitələr (tibbi maska, əlcək, antiseptik gel, bone) ilə təchiz olunacaqlar.
www.102info.az