Biləsuvar rayon sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Lənkəran çimərliklərindən birində qeydə alınıb.
Belə ki, Biləsuvar rayon sakini, 1968-ci il təvəllüdlü Y.Zamanov dənizdə çimən zaman boyun fəqərəsindən ağır xəsarət alıb.
O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardımdan sonra paytaxt xəstəxanalarından birinə köçürülüb.
Onun boyun fəqərəsində sınıq olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az