Masallı rayonunda 10 yaşlı uşaq yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb.
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2013-cü il təvəllüdlü Amin Sərxan oğlu İsmayılov ağır bədən xəsarətləri alıb.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az