Şamaxı şəhərində Vətən müharibəsi şəhidi Ziyad Zərbaliyevin adını daşıyan küçənin 300-dən çox sakini susuz və kanalizasiyasız qalıb.
Sakinlər 10 ildir ki, bu problemlə üz-üzə qaldıqlarını deyirlər:
“Çox acınacaqlı vəziyyətdəyik. İçdiyimiz su ilə paltarı yuyuruq”.
Həmçinin sakinlər ərazidə sahibsiz itlərin çoxalmasından da şikayətləniblər:
“Burada neçə uşağımızı it dişləyib. Valideynlər məcbur qalıb uşaqlarını özləri məktəbə aparırlar”.
Daha ətraflı Baku TV-nin süjetində:
www.102info.az