Son günlər yeni tədris ilinin sentyabrın 1-dən başlanacağı iddia edilir.
Bu barədə sosial şəbəkələrdə elm və təhsil naziri Emin Əmrullayevin adından məlumatlar paylaşılır.
Məsələ barədə Elm və Təhsil Nazirliyinə sorğu unvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib.
İlhamə Əbülfət
www.102info.az