Bakı metrosunda gecikmə: Qatar 10-dəqiqədən çox tuneldə qaldı

Cəmiyyət


Bakı metrosunda qatarların hərəkət qrafikində gecikmə olub. 

Oxu.Az xəbər verir ki, səhər saatlarında metronun “Koroğlu” stansiyasında qatarlardan birində nasazlıq yaranıb. Bu barədə sərnişinlərə metro bələdçisi məlumat verib.

Nasazlıq səbəbindən qatar metronun “Koroğlu” – “Ulduz” stansiyaları arasında 10 dəqiqədən çox tuneldə qalıb.

Sərnişin-maşinist rabitəsi ilə sərnişinlərə səslənən maşinist irəlidə stansiyada nasaz qatarın olduğunu bildirərək sərnişinləri səbirli olmağa çağırıb.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir