Bakıda Gürcüstan vətəndaşını avtomobil vuraraq öldürüb.
APA xəbər verir ki, Yasamal rayon ərazisində Kamil Əhədov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı, 1989-cu il təvəllüdlü Allahverdi Musayevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
www.102info.az