Cəlilabadda doqquz min il əvvələ aid edilən yaşayış məskənində qazıntı işləri aparılır – FOTO

Cəmiyyət


Cəlilabadda doqquz min il əvvələ aid edilən Paşatəpə qədim yaşayış məskənində qazıntılar aparılır.

“Report”un Muğan bürosunun məlumatına görə, tarixi ərazi rayonun Cəfərxanlı kəndi ərazisində yerləşir.

Qazıntı işləri Tarix, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən həyata keçirilir.

Kəndin mərkəzində yerləşən ərazidə ötən il də institutun əməkdaşları arxeoloji qazıntılar aparıblar.

Həmin vaxt qazıntılar zamanı ərazidə doqquz min il əvvələ aid olan yaşayış məskəni aşkar edilib. Həmçinin çoxlu məişət əşyaları və insan sümükləri tapılıb.

Həmçinin bu qədim yaşayış məskənində Azərbaycan tarixində ikinci hesab olunacaq atın əhliləşdirilməsi ilə bağlı nümunələr də aşkarlanıb.

Qeyd edək ki, Paşatəpə qədim yaşayış məskəni alimlər tərəfindən 1970-ci illərdə qeydə alınıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir