Bakıda taksi kimi fəaliyyət göstərən “Toyota Prius” markalı avtomobil həyəcanlı anların yaşanmasına səbəb olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Sərnişinin sözlərinə görə, avtomobil hərəkətdə olarkən anidən maşının kondisioneri tüstüləməyə başlayıb.
Hadisə ilə əlaqədar olaraq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
www.102info.az