Binəqədi rayonu 3-cü mədən adlanan ərazinin yol problemi illərdir öz həllini tapmır.
Sakinlərin sözlərinə görə, qışda palçığa, yayda toza bürünən yolların illər əvvəl çəkilən asfaltından əsər-əlamət qalmayıb.
“20 ildir bu yol düzəlmir. Buraya nə taksi, nə də təcili tibbi yarım avtomobili gələ bilmir”, – deyə sakinlər qeyd ediblər.
“ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
www.102info.az