“II qrupda 290 baldan yuxarı nəticə göstərən abituriyentlər ödənişsiz təhsil alacaqlar”.
“Report”un xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
“II qrupda dövlət sifarişli yerlərin sayı 4 325-dir. Dövlət sifarişli yerlər üzrə 300 baldan yuxarı nəticə göstərən 4 126 nəfər var. 290 baldan yuxarı nəticə göstərən insanların dövlət sifarişli yerlərdə ödənişsiz təhsil almaq imkanı olacaq. Bu, yalnız II qrupa aiddir. Çünki burada belə müsabiqə vəziyyəti yaranıb”, – DİM sədri bildirib.
www.102info.az