Azərbaycanlı həkim təyyarədə belaruslu azyaşlının həyatını xilas edib

Cəmiyyət


ll MDB Oyunları üçün Belarusa yola düşən muaytay üzrə Azərbaycan milli komandasının həkimi Dilbər Səfərova “Belaviya” hava gəmisində halı pisləşən balaca belarusluya ilkin tibbi yardım göstərərək həyatını xilas edib.

Sərnişinlər arasında yeganə tibb işçisi olan Dilbər Səfərova tibbi yardımdan sonra uşağın vəziyyətinin stabil olduğunu bildirib:

“Qıc olmuş körpəni tutdum və ilkin tibbi yardım göstərdim, hərarətini salmaq üçün ona iynə vurdum”.

Azərbaycanlı həkim həyati göstərişlə bağlı məcburi eniş edən təyyarədən uşağı endirərək onları gözləyən təcili tibbi yardım əməkdaşlarına təhvil verdikdən sonra təyyarəyə – komandasının yanına qayıdıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir