Qaradağda yaşayış binasında yanğın: 10 nəfər təxliyə edilib

Cəmiyyət


Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 3-cü, 4-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı və 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər pilləkən qəfəsindən keçən elektrik kabelləri 20 metr yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir