Bakı metropoliteninin “Nizami” stansiyasında platformanın tağ-tavanında sağlamlaşdırma və gücləndirmə tədbirlərinə başlanılıb.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) verilən məlumata görə, ağır hidrogeoloji şəraitdə yerləşdiyindən stansiya müntəzəm olaraq nəzarət altında saxlanılır.
Bildirilib ki, hazırda stansiyanın tavan örtüyü sökülərək, müvəqqəti işıqlanma sistemi qurulub:
“Tunel geyimi müvafiq qaydada korroziyadan təmizlənəcək, axıntılar ləğv olunacaq. Daha sonra korroziya əleyhinə boya maddəsi ilə rənglənəcək, suaxarlar quraşdırılacaq. Bütün texnoloji tədbirlər başa çatdıqdan sonra stansiyanın tavan örtüyü yenisi ilə əvəzlənməklə, işıqlanma sistemi bərpa olunacaq.
Sağlamlaşdırma istiqamətində tədbirlər yalnız metropolitendən sərnişinlərin istifadə etmədiyi gecə növbəsində aparılır. Təmir dövründə stansiyada müvafiq nəzarət mexanizmləri təmin olunacaq”.
www.102info.az