Ağstafada qadını avtomobil vuraraq öldürüb

Cəmiyyət


Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1947-ci il təvəllüdlü Raya Rafiq qızı Məlikovanı avtomobil vurub.

O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love