Kürdəmirdə baş verən ağır qəzada xəsarət alanlardan biri dünyasını dəyişib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, baş verən qəza zamanı minik avtomobilində olan 61 yaşlı Əliyev Cavid Tahir oğlu, bir yaşlı qız və adı məlum olmayan üçüncü sərnişin ağır bədən xəsarətləri alıblar.
Həkimlərin səyinə baxmayaraq, körpə elə xəstəxanada dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
20:14
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
“Report” xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşısındakı eyni markalı yük maşınına çırpılıb. Nəticədə minik maşınında olan 2 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az