Cəlilabad rayonunda minik avtomobilinin çaya aşması nəticəsində bir nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobili idarəetməni itirərək, yol kənarından keçən çaya aşıb.
Qəza nəticədə bir nəfər xəsarət alıb. Xəsarət alan rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az