Sumqayıtda kafedə yanğın olub.
“Report”un yerli bürosunun xəbərinə görə, yanğın şəhərin 9-cu mikrorayonunda yerləşən kafedə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar. Yanğın qısa müddətdə söndürülüb, ətraf obyektlərə keçməsinin qarşısı alınıb.
Yanğının başvermə səbəbləri araşdırılır.
www.102info.az