Azərbaycanda 50 minə lampa satılır – FOTO

Cəmiyyət


Azərbaycanda qədimi lampa satışa çıxarılıb.

Bu barədə elan saytlarından birində məlumat yerləşdirilib. Məlumata əsasən, həmin lampa Azərbaycanda yeganədir və işləkdir. 1905-ci ildə istehsal olunub.

Əşyanın hündürlüyü doqquz, eni isə üç santimetrdir. Lampaya nə az, nə çox 50 min manat qiymət qoyulub.

Məhsul hazırda Bakı şəhərindədir.

www.102info.az

Spread the love