Daşkəsəndə 54 yaşlı kişi qətlə yetirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, avqustun 16-da saat 12:30 radələrində Daşkəsən rayonunun Qabaqtəpə kəndində 1969-cu il təvəllüdlü Məmməd Malik oğlu Əmrahovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Elnur Şahid oğlu Quliyev könüllü olaraq polisə təslim olub.
Hadisə şəxsi münasibətlər zəminində baş verib, onlar qonşu olublar.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az