Zaqatalada itkin düşən məktəbli tapıldı

Cəmiyyət


Zaqatalada itkin düşən 9-cu sinif şagirdi tapılıb.

“Report”un xəbərinə görə, Zaqatala şəhər internat tipli inteqrasiya məktəbinin 9-cu sinif şagirdi, 2008-ci il təvəllüdlü Ü.S. (ad, soyadı şərti) yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılıb və bir müddət sonra məktəbli aşkarlanaraq ailə üzvlərinə təhvil verilib.

www.102info.az