Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, avqustun 17-si saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib, lakin 16-da günün ikinci yarısında Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Şahdağ və Xaltanda 2 mm-dək olub.
Gözlənildiyi kimi, avqust ayının birinci yarısına nisbətən, artıq havanın temperaturu bir neçə dərəcə enərək Abşeron yarımadasında 33-37 dərəcə olub. Ən yüksək temperatur isə Şərur və Culfada qeydə alınıb, 40 dərəcəyədək isti olub.
www.102info.az