Dostu “Nikosayağı” və Ruslanın ailələri arasında mübahisə yaranması iddiasına aydınlıq gətirdi

Cəmiyyət


“Nicat və Ruslanın ailələri arasında mübahisə düşməsi haqqında yayılan məlumat yalandır. Bunlara inanmayın”.

Bu sözləri “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin dostu, rəqqas Ramil Qasımov sosial şəbəkədə bildirib.

O, həmçinin deyib ki, Nicat Şakirlinin vəziyyəti stabildir və palataya köçürüləndə yanına gedəcək.

Qeyd edək ki, Bakıda, Nizami rayonu, Heydər Əliyev prospektində Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil qarşıda gedən “Scania” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində avtomobili idarə edən Nicat Şakirlinin sərnişini – Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib. “Nikosayağı”nın isə sağ qolu amputasiya olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir