60 yaşlı kişi özünü evində asdı

Cəmiyyət


Abşeron rayonunda intihar hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Qara Əsgər oğlu Abdullayev yaşadığı evdə özünü asaraq intihar edib. Onun asılmış meyitini həyat yoldaşı Gülü Abdullayeva aşkarlayıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love