Batma təhlükəsi ilə üzləşən beş nəfər xilas olunub

Cəmiyyət


Batma təhlükəsi ilə üzləşən beş nəfər xilas olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Dübəndi” sularda xilasetmə məntəqəsinin ərazisində, “Bilgəh” və “Qobustan” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən beş nəfər xilas edilib.

www.102info.az