“Bu gün Füzuli şəhərinə qayıtdığımız üçün çox qürurluyuq”.
Bu sözləri “Report”a Füzuli sakini Gülmira Cəfərova deyib.
G.Cəfərova qeyd edib ki, Füzuliyə qayıdışı onu daha da sevindirir:
“Füzuliyə qayıdan ilk ailələrdən biri kimi doğma yurdumuza köçümüz bizi daha da sevindirir. Bu sevinci bizə yaşadan möhtərəm Prezidentimiz İlham Əliyevə sonsuz təşəkkürümüzü bildiririk. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq”.
“Mən Füzulini tərk edəndə 12 yaşım vardı. Qırx üç yaşımı doğma yurdumda qeyd edəcəyəm. Bu gün şəhidlərimizin ruhu daha da şaddır. Çünki biz – əbədi sakinlər o torpaqlara yaşamağa gedirik. Bu günə çox şükür”, – G.Cəfərova əlavə edib.
Qeyd edək ki, bu gün Füzuli şəhərinə ilk köç başlayıb. İlk olaraq 23 ailənin qayıdışı təşkil olunub.
Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”dən 90 nəfər yola salınıb.
www.102info.az