Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki “Sumqayıt Bulvar” MMC-nin baş direktoru Yavər Vəliyev vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, bulvara rəhbərlik onun müavini Seymur Məmmədova həvalə olunub.
Xatırladaq ki, “Sumqayıt Bulvar” 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 300 manatdır.
www.102info.az