“İbadoğlu və Mənsimovun FETÖ ilə əlaqəsinin mövcudluğunu cəmiyyətimiz pisləyir” – RƏY + FOTO

Cəmiyyət


“Tanınmış simalardan olan Qubad İbadoğlu və Mübariz Mənsimovun FETÖ ilə əlaqəsinin mövcudluğu ehtimalını cəmiyyətimiz pisləyir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bu gün dünyada gedən proseslər onu göstərir ki, Türkiyənin güclənməsindən narahat olan qüvvələr çoxdur:

“Türkiyənin Azərbaycanla münasibətləri, dövlətimizin daha da güclənməsi, regiondakı maraqların əvvəlkindən fərqlənməsi hazırda beynəlxalq aləmdə iqtisadi və tranzit münasibətləri kökündən dəyişir. Bir çox hegemon dövlətlərin Cənubi Qafqazdakı ağalıq cəhdlərinin qarşısına məhz qardaş ölkə sədd çəkib. FETÖ və bu kimi terror təşkilatları uzun illərdir Türkiyəni daxildən yıxmağa çalışsa da nail ola bilmirlər. İndi isə artıq bu terrorçular təkcə Türkiyəni deyil, bu ölkəyə yaxın olan dövlətləri də zəiflədib zərbə vurmağa çalışırlar”.

Deputat xatırladıb ki, bu səbəbdən illərdir Azərbaycan da həmin terrorçuların ölkə daxilində yayılmasına, yuva qurmasına qarşı mübarizə aparır:

“Nəzər salsaq görərik ki, Azərbaycan terrorçuların mübarizə meydanına çevrilməyən, sabitliyi pozulmayan az sayda ölkələrdəndir. Xatırladım ki, illər öncə “nurçular” adı altında bir qrup şəxslər də zərərsizləşdirilmişdi. Azərbaycan vətəndaşlarının belə terrorçulara qoşulması böyük məyusluq yaradır. Azərbaycan cəmiyyətində tanınmış simalardan olan Qubad İbadoğlu və Mübariz Mənsimovun FETÖ ilə əlaqəsinin mövcudluğu ehtimalını da cəmiyyətimiz pisləyir”.

“Hər kəs bilməlidir ki, Azərbaycanda təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil olunur və heç bir qruplaşma və ya şəxs kimliyindən asılı olmayaraq, bu ölkədə qarşıdurma, iğtişaş və ya kiminsə marağına xidmət edən addım ata bilməz. Azərbaycan dövləti heç bir zaman icazə verməyəcək ki, ölkədə hər hansı bir terror təşkilatı fəaliyyət göstərsin. Daim vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması dövlətin ali məqsədi olub. Əgər kimlərsə terrorçularla əməkdaşlıq edəcəklərsə, bunun hesabatını verəcək, qanuna uyğun şəkildə cəzalandırılacaqlar”, – M.Cəfərov vurğulayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir