Yuxarı Qarabağ kanalında kişi meyiti aşkarlanıb

Cəmiyyət


Yuxarı Qarabağ kanalının Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisindən keçən hissəsində suyun üzündə naməlum kişi meyiti aşkar edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri çağırış üzrə cəlb olunublar.

www.102info.az